Ana Sayfa > Özəl > İrəvanda Paşinyanın keçmiş həyat yoldaşına gözlənilməz rədd cavabı: Müxalifət görüşə getmədi
İrəvanda Paşinyanın keçmiş həyat yoldaşına gözlənilməz rədd cavabı: Müxalifət görüşə getmədiBu gün, 17:00. Yazar: vasif |
![]() Ermənistan parlamentində təmsil olunan müxalifət qüvvələri baş nazir Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyanın görüş təklifini qəbul etməyiblər. Ermənistan mediasının avqustun 19-da yaydığı məlumata görə, Milli Məclisin “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan və “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan Akopyanla görüşmək niyyətində olmadıqlarını bildiriblər. Karapetyan fraksiyanın belə bir görüşə maraq göstərmədiyini, Qriqoryan isə görüşməyəcəklərini açıq şəkildə deyib. Məsələ Anna Akopyanın məişət zorakılığı ilə bağlı irəli sürdüyü təşəbbüsdən sonra gündəmə gəlib. O, Ermənistan Cinayət Məcəlləsinə dəyişiklik edilməsini və məişət zorakılığının ayrıca cinayət tərkibi kimi tanınmasını təklif edib. Akopyan müxalif qadın deputatları da bu prosesə qoşulmağa çağırıb. Akopyan təşəbbüsün parlamentdəki iki müxalif fraksiyanın rəhbərləri ilə də müzakirə edilməli olduğunu bildirərək Narek Karapetyan və Anna Qriqoryanı görüşə dəvət etmişdi. Lakin hər iki müxalifət rəhbərinin cavabı mənfi olub. Beləliklə, məişət zorakılığına qarşı qanunvericilik təşəbbüsü ətrafında əməkdaşlıq çağırışı İrəvanda siyasi fikir ayrılığı ilə qarşılanıb və müxalifət Akopyanın təklif etdiyi görüş formatından imtina edib. Geri dön |