Ana Sayfa > Siyasət > "Turistlərin çox olması problemlərə səbəb olub" - Hadi Rəcəbli
"Turistlərin çox olması problemlərə səbəb olub" - Hadi Rəcəbli4-04-2017, 15:57. Yazar: admin |
Son iki ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana gələn tursitlərin sayı 12 faiz artıb”. AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin “Turizm haqqında” qanun müzakirəsi zamanı deyib. Komitə sədri bildirib ki, “ASAN viza” sisteminin tədbiq edilməsi turizmin inkişafına xeyli təsir göstərib: “Mart ayında müəyyən problem özünü büruzə verdi. Gömrük məntəqələrin iş vaxtı 7 saat müəyyənləşib. Lakin turist axının çox olması bəzi problemlərə səbəb olurdu. Onu da qeyd edim ki, ölkədə turizm sahəsində böyük inkişaf gözlənilir”. AİA.az Geri dön |