Ana Sayfa > Siyasət > Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı


Bu gün, 15:44. Yazar: vasif
Əli Əsədov qərar imzaladı


Nazirlər Kabineti Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərin əməyinin ödənilməsi qaydalarını təsdiqləyib.

aia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla həmin hərbi hissələrdə çalışan mülki işçilərin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları təsdiq edilib.

Sənədə əsasən, Müdafiə Nazirliyinə qərardan irəli gələn məsələlərin həlli tapşırılıb.

Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
Geri dön