Ana Sayfa > Media > Dərbənddə tarixi addım: Azərbaycan Dövlət Teatrı bundan sonra...

Dərbənddə tarixi addım: Azərbaycan Dövlət Teatrı bundan sonra...


Bu gün, 14:13. Yazar: vasif
Dərbənddə tarixi addım: Azərbaycan Dövlət Teatrı bundan sonra...


Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrına görkəmli Azərbaycan estrada və opera müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin adı veriləcək.

aia.az xəbər verir ki, bu barədə qərar bu gün Dağıstan Respublikası Başçısı yanında görkəmli xadimlərin, xidməti olan şəxslərin, həmçinin tarixi hadisələrin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın iclasında qəbul edilib.

Baş nazirin müavini əvəzi Müslüm Telyakavovun sədrliyi ilə keçirilən iclasda görkəmli аzərbaycanlı müğənni və bəstəkarın irsinin yaşadılmasının vacibliyi vurğulanıb.

Tədbirdə teatra Müslüm Maqomayevin adının verilməsi təşəbbüsü yekdilliklə dəstəklənib.

Xatırladaq ki, Dərbənd Azərbaycan teatrı bölgədə milli mədəniyyətin və incəsənətin inkişafında mühüm rol oynayır.
Geri dön