Ana Sayfa > Ölkə > Metro istifadəçilərinin diqqətinə – Bu stansiyalarda hərəkət dayandı

Metro istifadəçilərinin diqqətinə – Bu stansiyalarda hərəkət dayandı


Bu gün, 13:26. Yazar: vasif
Metro istifadəçilərinin diqqətinə – Bu stansiyalarda hərəkət dayandı


Bakı metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində aparılan tikinti işləri ilə əlaqədar bəzi istiqamətlər üzrə birbaşa metro səfərləri müvəqqəti mümkün deyil.

aia.az bildirir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Bildirilib ki, hazırda “Dərnəgül” stansiyasından “Həzi Aslanov” və “İçərişəhər”, “Həzi Aslanov”dan “Dərnəgül”, “İçərişəhər”dən isə “Dərnəgül” istiqamətində birbaşa metro ilə səfər etmək mümkün deyil.

Bununla yanaşı, bəzi istiqamətlərdə sərnişinlər əvvəlki qaydada hərəkət edə bilərlər.

“Həzi Aslanov–İçərişəhər” mənzilində qatarların hərəkəti ənənəvi qaydada, hətta daha az intervalla həyata keçirilir.

“Cəfər Cabbarlı” stansiyasından “Xətai” istiqamətində hərəkətlərdə də heç bir dəyişiklik yoxdur.

Yaşıl xəttin “Memar Əcəmi” stansiyasından Bənövşəyi xəttə keçid etməklə səfəri davam etdirmək mümkündür.

Qeyd edək ki, avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. İşlərin təxminən 10-11 ay davam edəcəyi və bu müddətdə “Nizami–28 May” mənzilində qatarların hərəkət etməyəcəyi bildirilib.
Geri dön