Ana Sayfa > Özəl > Əsəd ailəsinə daha bir ağır hökm: Vasim Əsəd edam cəzasına məhkum edildi
Əsəd ailəsinə daha bir ağır hökm: Vasim Əsəd edam cəzasına məhkum edildiBu gün, 16:50. Yazar: vasif |
![]() Suriyada keçmiş hakimiyyətin nümayəndələri ilə bağlı məhkəmə prosesləri davam edir. Dəməşq məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd barəsində ölüm hökmü çıxarıb. Suriya Dövlət İnformasiya Agentliyinin məlumatına əsasən, məhkəmə Vasim Əsədi bir neçə nəfərin qəsdən öldürülməsində və işgəncə əməllərində təqsirli bilib. Sözügedən əməllərin bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi qiymətləndirildiyi bildirilir. Məhkəmənin açıqlamasına görə, təqdim edilən materiallar araşdırıldıqdan sonra Vasim Əsədin ölüm cəzasına məhkum edilməsi barədə qərar qəbul olunub. Hökm yalnız ölüm cəzası ilə məhdudlaşmayıb. Məhkəmə Vasim Əsədə məxsus daşınar və daşınmaz əmlakın dövlət xəzinəsinin xeyrinə müsadirə edilməsinə də qərar verib. Bundan əvvəl, avqustun 11-də Dəməşq məhkəməsinin keçmiş prezident Bəşər Əsəd və onun qardaşı, vaxtilə ordunun 4-cü diviziyasına rəhbərlik etmiş Mahir Əsəd haqqında da qiyabi ölüm hökmü çıxardığı bildirilmişdi. Beləliklə, Vasim Əsəd barəsində çıxarılan son qərar keçmiş Əsəd hakimiyyətinin yüksək səviyyəli nümayəndələri və ailəyə yaxın şəxslərlə bağlı hüquqi proseslərin davam etdiyini göstərir. Geri dön |