Ana Sayfa > Manşet / Ölkə > DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmişdir
DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmişdirBu gün, 13:14. Yazar: vasif |
![]() Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi hеyəti Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümündə əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qarşısında dərin ehtiramla təzim etmiş, məzarı önünə gül dəstələri düzmüşlər. aia.az xəbər verir ki, daha sonra görkəmli оftalmоlоq – alim, akadеmik Zərifə xanım Əliyеvanın xatirəsi еhtiramla anılmışdır. Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi yad edilərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur. Geri dön |