Ana Sayfa > Cəmiyyət > Rusiyada iki polis güllələndi

Rusiyada iki polis güllələndi


4-04-2017, 13:11. Yazar: admin
Rusiyada iki polis güllələndi



Rusiyanın Həştərxan vilayətində polis əməkdaşları atəşə tutulub. AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis ölüb. İlkin məlumata görə, öldürülənlər leytenant və baş leytenant olublar.

Məlumata əsasən polis əməkdaşları yol qəzasını rəsmiləşdirmək üçün hadisə yerinə gəliblər. Ancaq onlar sənədləri dolduran zaman qayda pozucuları silah çıxardaraq polisləri güllələyiblər.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən 4 şəxsin axtarışı aparılır.

AİA.az
Geri dön