Ana Sayfa > Dünya > Moskvaya rekord sayda dronla hücum - Video

Moskvaya rekord sayda dronla hücum - Video


Bu gün, 10:39. Yazar: vasif
Moskvaya rekord sayda dronla hücum - Video


Moskva son 2 ilin ən böyük dron hücumuna məruz qalıb.

“Bu barədə TASS şəhərin meri Sergey Sobyaninə istinadən məlumat yayıb.

Mer avqustun 17-si axşam saatlarından avqustun 18-i səhər saatlarınadək Moskva istiqamətində uçan 620 pilotsuz uçuş aparatının (PUA) qeydə alındığını, onlardan 180-nin vilayət ərazisində vurulduğunu açıqlayıb.

Moskva vilayətində dron hücumu nəticəsində 10 yaşlı uşaq da daxil olmaqla, 3 nəfərin xəsarət aldığı bildirilir. Bundan başqa, vilayətin Boqorodsk dairəsində yerləşən “Wildberries” anbarında yanğın baş verib.

Rusiyanın Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə regionun yeddi rayonunda 80-dən çox dronun məhv edildiyini açıqlayıb.


Geri dön