Ana Sayfa > Ölkə > Bölgələrdə yanğın törədən 3 nəfər məsuliyyətə cəlb olundu
Bölgələrdə yanğın törədən 3 nəfər məsuliyyətə cəlb olunduBu gün, 10:04. Yazar: vasif |
![]() Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən "aia.az"a bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi məlum olub. Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Geri dön |