Ana Sayfa > İqtisadiyyat > Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları
Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşlarıBu gün, 09:27. Yazar: vasif |
![]() Bu ilin yanvar-iyul aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 3 milyard 239 milyon 89 min ABŞ dolları təşkil edib. Valyuta.az xəbər verir ki, bu müddətdə MDB ölkələrinə ixracın həcmi 1 milyard 199 milyon 505 min ABŞ dolları olub ki, bu da ümumi ixracın 6.20%-ni təşkil edir. Müqayisə üçün ötən ilin eyni dövründə bu göstərici 1 milyard 37 milyon 489 min ABŞ dolları (ümumi ixracın 6.81%-i) idi. Beləliklə, illik müqayisədə MDB ölkələrinə ixrac 162 milyon 16 min ABŞ dolları artıb. İdxala gəlincə, cari ilin ilk yeddi ayında MDB ölkələrindən idxalın həcmi 2 milyard 39 milyon 584 min ABŞ dolları olub. Bu, ümumi idxalın 20.64%-nə bərabərdir. Ötən ilin eyni dövründə isə bu göstərici 3 milyard 566 milyon 242 min ABŞ dolları (ümumi idxalın 26.19%-i) olub. İllik idxal dəyərində MDB ölkələri üzrə 1 milyard 526 milyon 685 min ABŞ dolları həcmində azalma qeydə alınıb. Ölkələr İxrac (min ABŞ dolları) İdxal (min ABŞ dolları) Rusiya 749 549.74 1 360 207.26 Ukrayna 153 960.65 170 185.21 Özbəkistan 79 506.62 121 227.30 Qazaxıstan 70 241.70 109 268.33 Belarus 44 401.00 245 998.80 Türkmənistan 39 162.68 24 191.30 Qırğızıstan 30 030.09 4 034.77 Ermənistan 17 372.10 0.96 Tacikistan 11 178.76 999.53 Moldova 4 102.03 3 470.80 17.08.2026 Geri dön |