Ana Sayfa > Ölkə > Şəmkirdə ağır qəza - Ölənlərin sayı 6-ya çatdı+Yenilənib
Şəmkirdə ağır qəza - Ölənlərin sayı 6-ya çatdı+YenilənibDünən, 21:09. Yazar: vasif |
![]() Şəmkirdə ağır yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb. *** Qəzada ölənlərin sayı 4 nəfərə çatıb. *** Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində həlak olub. Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Mahmudlu kənd sakinləri olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır. *** Qəza nəticəsində həlak olanlardan bəzilərinin kimliyi məlum olub. Belə ki, hadisə zamanı 1992-ci il təvəllüdlü Hicran Həmzəyeva , 2018-ci il təvəllüdlü Zəhra Vəliyeva, 1988-ci il təvəllüdlü İlahə Məmmədova və 2009-cu il təvəllüdlü Elvin Məmmədov həyatını itirib. *** TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. “Müxtəlif bədən xəsarətləri alan pasiyentlərdən 2-nin vəziyyəti ağır, 5-nin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda hər birinə zəruri tibbi xidmətlər göstərilir. Hadisə nəticəsində 2 nəfərin (1 kişi, 1 qadın) həkiməqədər ölüm faktı qeydə alınıb”, - deyə məlumatda qeyd edilib. *** Qəza zamanı yaralanan 7 nəfərin də kimliyi məlum olub. Belə ki, hadisə nəticəsində “VAZ” ın sürücüsü Əlizamin Aslanov, onun oğlu 2021-ci il təvəllüdlü Qoşqar Aslanov, 2010-cu il təvəllüdlü Zeynab Vəliyeva, Aygün Cəfərova, Zəminə Hüseynova, Seymur Hüseyinli və Elnur Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar. *** Yaralılardan “VAZ 2106” markalı avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Əlizamin Aslanov vəfat edib. ![]()
Geri dön |