Ana Sayfa > Siyasət > Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi


Bu gün, 14:51. Yazar: vasif
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi


“Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunluq duyuram”.
aia.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev “X” hesabında bildirib.

“Bu, Ukrayna və Azərbaycan arasında güclü tərəfdaşlıq, həmrəylik, dostluq və Azərbaycanın İrpinə göstərdiyi davamlı dəstəyin qiymətləndirilməsidir”, - səfir vurğulayıb.

Yuri Husyev Ukraynaya göstərilən dəstəyə görə Azərbaycana xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Geri dön