Ana Sayfa > Ölkə > Bəxtiyar Həsənov Rusiyadan deportasiya edildi

Bəxtiyar Həsənov Rusiyadan deportasiya edildi


Bu gün, 15:00. Yazar: vasif
Bəxtiyar Həsənov Rusiyadan deportasiya edildi


Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.
aia.az APA-ya istinadən bildirir ki, Bəxtiyar Həsənov bir müddət saxlanıldığı miqrantların müvəqqəti saxlanma məntəqəsindən hava limanına gətirilərək, Rusiya Federasiyasından deportasiya olunub.

Qeyd edək ki, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv olunub. Bu ilin iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.
Geri dön