Ana Sayfa > Qərbi Azərbaycan / Aia TV / Karusel / Seçilənlər > Qiyməti ucuzlaşan dərmanlar tapılmır? - Nazirlikdən açıqlama
Qiyməti ucuzlaşan dərmanlar tapılmır? - Nazirlikdən açıqlama8-10-2015, 13:42. Yazar: admin |
Tarif şurasının məlum qərarından sonra qiyməti ucuzlaşan dərman pereparatlarının apteklərdə tapılmaması ilə bağlı mediada məlumatlar yayılıb. Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyovla əlaqə saxladıq. “Qafqazinfo”ya açıqlamasında Pərviz Əzizbəyov bildirib ki, apteklərdə təsiredici maddələrlə bağlı heç bir problem yoxdur və bir təsiredici maddə ilə bir neçə adda dərman vasitəsi tapmaq olar: “55 təsiredici maddə üzrə 1079 ticari adlı dərman qiyməti təsdiqlənib. Bu, o deməkdir ki, 1 təsiredici maddə ilə bir neçə ölkənin, bir neçə istehsalçının dərmanı var. Biz özümüz də manitorinqlər aparırıq. Bu monitorinqlər zamanı qiyməti təsdiqlənən dərmanların apteklərdə olmaması halını müşahidə etməmişik. Hər hansı dərman bir aptekdə olmasa da, başqa bir aptekdə var. Vətəndaşlar ticari adla dərman pereparatlarını tapmaqda çətinlik çəkirlərsə, həkimlərə müraciət edə bilərlər. Biz həkimlərə də tövsiyə etmişik ki, reseptlərdə təsiredici maddə göstərilsin. Çünki eyni təsiredici maddə ilə müxtəlif adlarda, müxtəlif ölkələrin dövlət qeydiyyatına alınmış dərman vasitələri hazırda apteklərdə var. Yəni, hər hansı bir təsiredici maddə ilə hər hansı bir dərman apteklərdə yoxdur demək düzgün deyil”. Pərviz Əzizbəyov qiymətində dəyişiklik olunan dərman vasitələrinin siyahısının apteklərə verilməməsinə də aydınlıq gətirib: “Təsdiq olunan qiymətlər qərarda göstərilən vaxt qüvvəyə minir. İlkin olaraq, 25 təsiredici maddə üzrə qiymətlər sentyabr ayından qüvvəyə minib. Tarif Şurası tərəfindən 5 oktyabrda təsdiqlənən 1079 dərman vasitəsinin qiyməti isə dekabr ayının 1-dən qüvvəyə minəcək”. Geri dön |