Ana Sayfa > Dünya > Talibandan ABŞ-yə gözlənilməz çağırış – “Əfqanıstana geri qayıdın”

Talibandan ABŞ-yə gözlənilməz çağırış – “Əfqanıstana geri qayıdın”


Bu gün, 16:00. Yazar: vasif
Talibandan ABŞ-yə gözlənilməz çağırış – “Əfqanıstana geri qayıdın”


Əfqanıstandakı Taliban hakimiyyəti ABŞ-yə münasibətlərdə yeni səhifə açmağı və Vaşinqtonun ölkədə diplomatik fəaliyyətini bərpa etməsini təklif edib.

Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb.

Müttəqi bildirib ki, Taliban ABŞ-nin Əfqanıstanda diplomatik mövcudluğunu bərpa etməsini və ölkənin əsas layihələrinə investisiya yatırmasını istəyir.

Əfqanıstan tərəfi ABŞ sərmayələrinin xüsusilə ölkənin mineral ehtiyatlarının işlənməsi, infrastruktur, yollar və digər mühüm layihələrə yönəldilməsində maraqlıdır.

Müttəqi Vaşinqtonla münasibətlərin qarşılıqlı hörmət əsasında qurula biləcəyini vurğulayıb və uzun illər davam edən müharibədən sonra iki tərəf arasında iqtisadi və diplomatik əməkdaşlığın mümkün olduğunu bildirib.

Talibanın bu çağırışı ABŞ-nin 2021-ci ildə Əfqanıstandan hərbi qüvvələrini çıxarmasından və hərəkatın ölkədə yenidən hakimiyyəti ələ keçirməsindən beş il sonra səsləndirilib.
Geri dön