Ana Sayfa > Ölkə > Sərhəd Qoşunlarının keçmiş komandanı Abbasəli Novruzov vəfat edib
Sərhəd Qoşunlarının keçmiş komandanı Abbasəli Novruzov vəfat edibBu gün, 12:57. Yazar: vasif |
![]() Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov vəfat edib. "Report"un əldə etdiyi məlumata görə, Abbasəli Novruzov bu gün 89 yaşında dünyasını dəyişib. O, sabah dəfn ediləcək. Qeyd edək ki, general-mayor Abbasəli Novruzov 1937-ci ildə doğulub. O, ömrünün 57 ilini sərhədlərin mühafizəsi işinə həsr edib. 1979-cu ildə o vaxt Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyevin təşəbbüsü ilə Əməkdar hüquqşünas fəxri adına layiq görülüb. 1994–2001-ci illərdə Sərhəd Qoşunlarına komandanlıq edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub. Geri dön |