Ana Sayfa > Dünya > İranın konsulu Zəngəzurda “şeytan axtarışında”
İranın konsulu Zəngəzurda “şeytan axtarışında”Bu gün, 13:58. Yazar: vasif |
![]() İran Zəngəzur dəhlizində son baş verən proseslərə yenidən ağrılı reaksiyalar verməyə başlayıb. Tehran xüsusilə ABŞ-ın regionda artan iştirakından və TRIPP layihəsinin reallaşmasından narahatdır. İran diplomatlarının son açıqlamaları isə bu narahatlığın artıq diplomatik xəbərdarlıq səviyyəsindən emosional ritorikaya keçdiyini göstərir. aia.az xəbər verir ki, İranın Qafandakı baş konsulu Morteza Abedin Varamin Ermənistan mediasına(168.am) müsahibəsində ölkəsinin İrəvanla münasibətlərinə üçüncü dövlətlərin müdaxiləsinə imkan verilməməli olduğunu bildirib. Diplomat xüsusilə “şeytanlardan ehtiyat etmək” çağırışı ilə diqqət çəkib. İranlı diplomat Ermənistanla İran arasında minilliklərə gedib çıxan əlaqələri önə çəkərək, üçüncü tərəflərin bu münasibətlərə müdaxilə etməsinin yolverilməz olduğunu vurğulayıb. İran diplomatının fikrincə, Ermənistanın tarixi tərəfdaşları ilə münasibətlərini üçüncü ölkələrin geosiyasi maraqlarına qurban vermək olmaz. Gələn ay konsul fəaliyyətinə son qoyacaq diplomat bugünlərdə verdiyi başqa bir müsahibədə İranın mərhum ali dini liderinin erməni xalqına xüsusi münasibət bəslədiyini xatırladıb və Ermənistanı başqa dövlətlərin “səhnəsinə” çevirməməyə çağırıb. Varamin həmçinin İranın “qırmızı xətlərinin” dəyişmədiyini bildirib. Onun sözlərinə görə, bu xətləri hansı ölkənin və ya şəxsin keçməyə çalışmasından asılı olmayaraq, Tehran buna uyğun reaksiya verəcək. Qeyd edək ki, bu həftə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami də TRIPP ətrafında yaranan risklərin konkret mexanizmlərlə idarə edilməli olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistanın ABŞ-ın layihədə iştirakının İranın təhlükəsizliyinə təhdid yaratmayacağı barədə verdiyi təminatlar kifayət deyil. Tehran siyasi bəyanatlardan daha çox praktiki təminatlar tələb edir. İranın mesajında iki fərqli xətt birləşir. Bir tərəfdən Tehran Ermənistanla tarixi və mədəni bağlarını önə çəkir, digər tərəfdən isə İrəvanın Qərblə, xüsusilə ABŞ-la təhlükəsizlik və nəqliyyat sahəsində əməkdaşlığının sərhədlərini müəyyənləşdirməyə çalışır. Geri dön |