Ana Sayfa > Dünya > Avropada Tramp təşvişi: ABŞ Rusiya ilə Avropasız gizli sülh sazişi bağlayacaq?

Avropada Tramp təşvişi: ABŞ Rusiya ilə Avropasız gizli sülh sazişi bağlayacaq?


Bu gün, 18:11. Yazar: vasif
Avropada Tramp təşvişi: ABŞ Rusiya ilə Avropasız gizli sülh sazişi bağlayacaq?


Fransa, Almaniya və Böyük Britaniya ABŞ Prezidenti Donald Tramp administrasiyasının onları Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindən kənarda saxlayacağından ciddi narahatlıq keçirir.

aia.az xəbər verir ki, "The New York Times" nəşrinin beş yüksəkrütbəli rəsmiyə istinadən yaydığı məlumata görə, avropalı diplomatlar danışıqlar masasında öz yerlərini təmin etmək üçün təcili olaraq alternativ format üzərində işləyirlər.

Mənbələrin bildirdiyinə görə, Avropa öz arxasında hər hansı bir gizli sövdələşmənin bağalanmayacağına dair zəmanət almaq istəyir. Qəzetə danışan rəsmilər münaqişənin həlli və Rusiya ilə münasibətlərin Avropa üçün "həddindən artıq vacib" olduğunu, bu səbəbdən məsələni Trampın "gözlənilməz" administrasiyasının öhdəsinə buraxmaq niyyətində olmadıqlarını vurğulayıblar.

Məlumata görə, Avropanın vahid mövqeyinin hazırlanmasına Fransa və Almaniya rəhbərlik edir. Bu yaxınlarda baş naziri dəyişən Böyük Britaniya isə Trampla münasibətləri korlamamaq üçün daha ehtiyatlı davranmağa üstünlük verir.
Geri dön