Ana Sayfa > Cəmiyyət / Karusel > Peterburq terrorçusunun kimliyi açıqlandı - Yenilənib

Peterburq terrorçusunun kimliyi açıqlandı - Yenilənib


4-04-2017, 11:36. Yazar: admin
Peterburq terrorçusunun kimliyi açıqlandı - Yenilənib



Sankt-Peterburq şəhərində metroda terror aktı törətməkdə şübhəli bilinən şəxsin adı məlum olub.Şübhəli şəxs 1995-ci ildə Qırğız Respublikasında anadan olmuş, Rusiya vətəndaşı Ekbercan Cəlilovdur.
***
(10:42)

Rusiya xüsusi xidmət orqanları Sankt-Peterburq metrosunda terror aktı törədən şəxsin əslən qırğız olduğunu təsdiqləyib. Məlum olub ki, həmin şəxs Rusiya vətəndaşı olub.

Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəsmi nümayəndəsi Rahat Süleymanov bildirib.

Məlumata əsasən metroda partlayıcı qurğunu Suriya silahlıları ilə əlaqəsi olan kamikadze-terrorçu işə salıb. Onun qurğunu ya bel çantasında saxladığı, ya da əlində tutduğu ehtimal olunur.

Rəsmi Moskva qırğız əsilli şəxslə bağlı Bişkekə hələli müraciət etməyib.

Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda törədilən terror aktı nəticəsində 11 nəfər ölüb, 51 nəfər yaralanıb.(azviison)

AİA.az
Geri dön