Ana Sayfa > Dünya > Milyarderlər ikinci və üçüncü pasport dalınca düşüb – gizli səbəblər açıqlandı

Milyarderlər ikinci və üçüncü pasport dalınca düşüb – gizli səbəblər açıqlandı


Bu gün, 14:22. Yazar: vasif
Milyarderlər ikinci və üçüncü pasport dalınca düşüb – gizli səbəblər açıqlandı


ABŞ-nin varlı təbəqəsi arasında yeni tendensiya sürətlə yayılır: milyarderlər ikinci, hətta üçüncü ölkənin pasportunu əldə etməyə çalışırlar.

aia.az xəbər verir ki, Air Mail nəşri bu tendensiyanı imkanlı amerikalılar arasında pasport kolleksiyası kimi təqdim edir.

Məsələn, milyarder sahibkar Piter Til ABŞ, Almaniya və Yeni Zelandiya pasportlarına malikdir. O, bununla kifayətlənməyərək Malta vətəndaşlığını da rəsmiləşdirməyə çalışır.

İlon Mask isə Cənubi Afrika Respublikası, Kanada və ABŞ vətəndaşıdır.

OpenAI-nin baş direktoru Sem Altman da İndoneziyanın tarixində ilk qızıl vizanı əldə edib. Altman bu vizanı ölkə üçün dəyərli hesab edilən şəxslər üçün nəzərdə tutulmuş kateqoriya üzrə ödənişsiz alıb. Adi hallarda isə belə vizaların verilməsi 350 min dollardan 700 min dollaradək investisiya müqabilində həyata keçirilir.

Nəşr yazır ki, ikinci pasport və xarici ölkələrdə yaşayış hüququ əldə etmək tendensiyası yalnız milyarderlərlə məhdudlaşmır. Henley & Partners-in USA Wealth Report 2025 hesabatına görə, varlı amerikalıların xarici vətəndaşlıq və ya yaşayış icazəsi almaqla bağlı müraciətlərinin sayı əvvəlki illə müqayisədə 183 faiz artıb.

Vətəndaşlıq məsələlərində xidmət göstərən şirkətlər bunun arxasında bir neçə əsas səbəbin dayandığını bildirirlər. Bunlar arasında dünyanın müxtəlif ölkələrinə daha təhlükəsiz və sərbəst səfər etmək üçün əlavə təminat yaratmaq, vergi ödənişlərindən yayınmaq və öz ölkələrində mümkün iqtisadi tənəzzülə qarşı alternativ plan hazırlamaq göstərilir.
Geri dön