Ana Sayfa > Gündəm / Karusel > Bakı Şəhər Polisi terrorla bağlı açıqlama yaydı
Bakı Şəhər Polisi terrorla bağlı açıqlama yaydı4-04-2017, 10:42. Yazar: admin |
03.04.2017-ci il tarixdə bəzi internet qəzetlərində Bakı Metropoliteninin mətbuat xidmətinə istinadən Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri metrosunda baş vermiş və insan ölümünə səbəb olmuş teraktla əlaqədar Bakı metrosunda da təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, metro stansiyalarına əlavə polis qüvvələrinin сəlb olunması ilə bağlı yalnış məlumat verilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Bu məlumatın həqiqətə uyğun olmadığı, Bakı metrosunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, metro stansiyalarına əlavə polis qüvvələrinin səlb olunması ilə bağlı heç bir göstəriş verilmədiyi bildirilib. "Bakı Metopolitenində Polis Şöbəsi gündəlik qaydasında, adi iş rejimində işləyir, təhlükəsizlik tədbirlərini lazımi səviyyədə görülür və vətəndaşların narahatçılığına heç bir əsas yoxdur”, - məlumatda qeyd olunub. AİA.az Geri dön |