Ana Sayfa > Cəmiyyət / Karusel > Terrorda yaralanmış azərbaycanlı qız dünyasını dəyişdi

Terrorda yaralanmış azərbaycanlı qız dünyasını dəyişdi


4-04-2017, 10:41. Yazar: admin
Terrorda yaralanmış azərbaycanlı qız dünyasını dəyişdi



Sosial şəbəkələrdə yayılmış xəbərə görə, bu gecə Rusiyanın Sankt-Peterburq şəhərindəki xəstəxanalardan birində dünən metroda törədilmiş terror aktı nəticəsində yaralanmış azərbaycanlı qız dünyasını dəyişib.

AİA.az virtualaz.org-a istinadən xəbər verir ki, 21 yaşlı Dilbər Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib.

Xatırladaq ki, dünən yerli vaxtla sat 14:30-da Sankt-Peterburq metrosunda vaqonlardan birində kamikadze üzərində olan partlayıcı qurğunu işə salıb. Nəticədə, 11 nəfər həlak olub, daha 30-a yaxın adam yaralanıb.

Terror aktını törətmiş şəxs, ilkin məlumatlara görə, 23 yaşlı Qazaxıstan vətəndaşı Maksim Aşirevdir.

AİA.az
Geri dön