Ana Sayfa > Ölkə > Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?
Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?Bu gün, 16:07. Yazar: vasif |
![]() SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun vəzifədən azad olunması barədə məlumat yayılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında paylaşım edib. Mia.az-ın məlumatına görə, xəbər təsdiqlənib. Bildirilib ki, o öz ərizəsi ilə vəzifədən ayrılıb. “Qafqazinfo” olaraq məsələni dəqiqləşdirmək üçün SOCAR-a sorğu ünvanlasaq da, cavab ala bilmədik. Lakin qurumun saytında vitse-prezidentlərlə bağlı bölmədə onun haqqında məlumat hələ də qalmaqdadır. Xatırladaq ki, Babək Hüseynov 2023-cü ilin iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyin olunmuşdu.
Geri dön |