Ana Sayfa > İdman > “Tvente” – “Qarabağ” matçının başlama vaxtı bəlli oldu

“Tvente” – “Qarabağ” matçının başlama vaxtı bəlli oldu


Bu gün, 18:39. Yazar: vasif
“Tvente” – “Qarabağ” matçının başlama vaxtı bəlli oldu



UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Tvente” – “Qarabağ” qarşılaşmasının başlama saatı müəyyənləşib.
Niderlandda baş tutacaq ilk oyun avqustun 20-də “Qrols Veste” stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.
Pley-off mərhələsinin cavab görüşü isə avqustun 27-də Bakıda baş tutacaq. İki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksələcək komanda müəyyənləşəcək.
Geri dön