Ana Sayfa > İqtisadiyyat > 2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib

2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib


Bu gün, 12:15. Yazar: azer
2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib

2025-ci il ərzində qlobal enerji bazarları geosiyasi qeyri-müəyyənliklər, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması, eləcə də təbii qaza artan tələbin təsiri altında olub. SOCAR isə strateji inkişaf prioritetlərinə uyğun olaraq, ötən ildə də beynəlxalq aktivlər portfelini genişləndirib, enerji dəyər zəncirində mövqeyini daha da gücləndirib, əməliyyat səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində fəaliyyətini uğurla həyata keçirib.

2025-ci il ərzində SOCAR strateji əhəmiyyətli investisiya və biznes əməliyyatlarını davam etdirib. Bu əməliyyatlara “Bahar” və “Qum-Dəniz” yataqlarında 80% payın alınması, İsrailin Aralıq dənizi hövzəsində yerləşən “Tamar” qaz yatağında 10% effektiv iştirak payının əldə edilməsi, Türkiyədə yeni neft-kimya və enerji layihələrinin inkişafı, rəqəmsal infrastruktur və petrokimya sahələrində strateji investisiyaların həyata keçirilməsi, eləcə də qaz ixracı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi daxildir.

2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti 12,6 milyard manat təşkil edib. Əməliyyat fəaliyyətindən mənfəət əvvəlki dövrlə müqayisədə 80% artaraq 5,2 milyard manata çatmış, xalis mənfəəti isə təxminən 3,0 milyard manat olub. Şirkətin 2025-ci ildə EBITDA-sı (Faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) 10,9 milyard manat təşkil edib. Bu göstərici 2024-cü il ilə müqayisədə 26% artıb. SOCAR-ın gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib.

Aşağıda 2021–2025-ci illəri əhatə edən dövr üçün EBITDA göstəricilərinə dair məlumat təqdim olunur (milyard manatla).
Geri dön