Ana Sayfa > Dünya > 12 il əvvəl düşmən tərəfə keçmişdi - ÖLDÜRÜLDÜ
12 il əvvəl düşmən tərəfə keçmişdi - ÖLDÜRÜLDÜBu gün, 11:30. Yazar: vasif |
![]() Rusiyanın ilhaq etdiyi Krımın Sevastopol şəhərində bu gün öldürülən Rusiya Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəli kapitanı Robert Şaqeyevin keçmişdə Ukrayna Hərbi Dəniz Qüvvələrində xidmət etdiyi bildirilir. aia.az xəbər verir ki, Şaqeyev vaxtilə Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Zaporojye” sualtı qayığının komandiri olub. O, 2014-cü ildə Krım və Sevastopolun Rusiya tərəfindən ilhaqından sonra qarşı tərəfə keçərək Rusiya Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb. Şaqeyevin bu gün Sevastopolda partlayıcı qurğunun işə düşməsi nəticəsində öldürüldüyü bildirilir.(Sfera.az) Geri dön |