Ana Sayfa > İqtisadiyyat > Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsi üzrə hazırlıq başlayıb

Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsi üzrə hazırlıq başlayıb


Bu gün, 10:43. Yazar: vasif
Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsi üzrə hazırlıq başlayıb


Asiya İnkişaf Bankı (ADB) Biləcəri–Yalama dəmir yolu sahəsində elektrifikasiya, siqnallaşdırma və telekommunikasiya sistemlərinin modernləşdirilməsi layihəsinin idarə edilməsi üzrə xidmətlərin göstərilməsi üçün məsləhətçilərin seçilməsi proseduruna başlayıb.
aia.az ADB-yə istinadən xəbər verir ki, konsultasiya xidməti üzrə müqavilənin təxmini dəyəri 2,088 milyon ABŞ dolları təşkil edir.

Bankın məlumatına görə, layihənin icra müddəti 54 aydır, işlərin ilkin olaraq 2027-ci il fevralın 1-də başlanması planlaşdırılıb.

ADB layihənin icrası üçün 325 milyon ABŞ dolları məbləğində kreditin ayrılması imkanını nəzərdən keçirir. Layihə 2026-cı il yanvarın 26-30-da təhlil edilib, kreditin isə 2027-ci il iyunun 17-də təsdiqlənməsi gözlənilir.

Layihəni ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı və Azərbaycan hökumətinin birgə maliyyələşdirməsi planlaşdırılır.

Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər maliyyə vəsaiti ayırmağı planlaşdırır.
Geri dön