Ana Sayfa > Dünya > ABŞ İranla müharibədə iki məqsəd güdür - Vens

ABŞ İranla müharibədə iki məqsəd güdür - Vens


Bu gün, 16:00. Yazar: vasif
ABŞ İranla müharibədə iki məqsəd güdür - Vens


Vaşinqtonun İranla münaqişədə iki əsas məqsədi var: amerikalılar üçün enerji qiymətlərini aşağı saxlamaq və İranın nüvə silahı əldə etməsinin qarşısını almaq.

aia.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D. Vens Fox News-a verdiyi müsahibədə deyib. O, ABŞ-ın İranla münaqişədən daha güclü mövqedə çıxacağına əmin olduğunu qeyd edib: "Düşünürəm ki, bu, ABŞ-ı daha güclü mövqedə qoyacaq, çünki İranın nüvə silahı olmayacaq və Hörmüz boğazı Amerika xalqı üçün neft və qaz qiymətlərinin sabit olduğu vəziyyətə qayıdacaq".
Geri dön