Ana Sayfa > Aia TV > Qüruruna görə tək qalan 4 bürc: Münasibətlərdə ilk addımı atmırlar

Qüruruna görə tək qalan 4 bürc: Münasibətlərdə ilk addımı atmırlar


Bu gün, 00:33. Yazar: vasif
Qüruruna görə tək qalan 4 bürc: Münasibətlərdə ilk addımı atmırlar


Bəzi insanlar darıxsalar belə qarşı tərəfə zəng etmir, köməyə ehtiyac duyduqları zaman bunu dilə gətirmir və incikliyini göstərməmək üçün uzaqlaşmağı seçirlər.

Astroloji yanaşmaya görə, güclü görünmək istəyi, müstəqillik və nəzarət ehtiyacı ilə seçilən bəzi bürclər qürurlarını münasibətlərindən üstün tuta və nəticədə özlərini tənhalığa sürükləyə bilərlər.

Şir

Şir bürcü özünəinamı və güclü xarakteri ilə seçilir. Sevdiyi insandan gözlədiyi diqqəti görmədikdə hisslərini açıq şəkildə ifadə etmək əvəzinə susmağa üstünlük verə bilər.

Mübahisədən sonra darıxsa belə, ilk addımı atmaq istəməyən Şir qarşı tərəfin səhvini anlayaraq ona geri dönməsini gözləyə bilər. Daxilində barışmaq istəsə də bunu büruzə verməməsi münasibətlərdə məsafənin daha da artmasına səbəb ola bilər.

Oğlaq

Oğlaq bürcü problemlərini əsasən özü həll etməyə çalışan və kömək istəməyə çətinlik çəkən xarakter kimi təsvir olunur. Kiməsə ehtiyacı olduğunu etiraf etmək onun üçün güclü və dözümlü obrazına zidd görünə bilər.

Münasibətlərdə də hisslərini açıq ifadə etməkdə çətinlik çəkən Oğlaq sevdiyi insanın onu danışmadan anlamasını gözləyə bilər. Ehtiyaclarını dilə gətirməməsi isə zamanla onun tək qalmasına səbəb ola bilər.

Əqrəb

Əqrəb insanlara asanlıqla güvənmir və hisslərini hər kəslə bölüşmür. İncidiyi zaman danışmaq əvəzinə özünə qapanmağa üstünlük verə bilər.

Qürurunun arxasında çox vaxt yenidən incimək qorxusunun dayandığı bildirilir. Bağışlamağa hazır olsa belə, bunu dərhal göstərməyən Əqrəb qarşı tərəfdən ilk addımı gözləyə bilər. Bu məsafə isə münasibətin tamamilə sona çatmasına gətirib çıxara bilər.

Dolça


Dolça müstəqilliyinə böyük əhəmiyyət verən bürclərdən biri kimi tanınır. Kiməsə ehtiyacı olduğunu qəbul etmək ona azadlığından güzəştə getmək kimi görünə bilər.

Hisslərini açıq şəkildə ifadə etmək əvəzinə məsələlərə məntiqlə yanaşan Dolça incikliyini bildirməkdənsə uzaqlaşmağı seçə bilər. Heç kimə ehtiyacı olmadığını göstərmək istəyi isə onu istəmədiyi bir tənhalığa sürükləyə bilər.//Demokrat.az
Geri dön