Ana Sayfa > Ölkə / Aia TV > “Belə yaşayış olar?” - Masazırda sakinlər təngə gəldi+Video

“Belə yaşayış olar?” - Masazırda sakinlər təngə gəldi+Video


Dünən, 22:25. Yazar: vasif
“Belə yaşayış olar?” - Masazırda sakinlər təngə gəldi+Video


Sakinlər iddia edir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Niyazi küçəsində bir müddət əvvəl icra hakimiyyətinin əməkdaşları su borularının yenilənməsi məqsədilə yolda qazıntı işləri aparıblar.

“aia.az” xəbər verir ki, sakinlərin sözlərinə görə, işlərdən sonra yol əvvəlki vəziyyətindən də pis hala düşüb.

Onlar bildirir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həlli ilə bağlı tədbir görülməyib.

“Öz vəsaitimizlə bu yolu düzəltmişdik. Hamısını dağıdıblar. Qaz partlayıb burada, sular dağılıb. İstifadə etməyə su yoxdur. Kimə deyək? Kimə deyirsən, hərə bir tərəfə qaçır, gizlənir. Belə yaşayış olar?! ”, – sakinlərdən biri deyib.

“Gəlib burada borunu qoyublar. Qoymaqları bir yana, qazırlar, düzəltmədən çıxıb gedirlər. İki maşın yanaşı gələndə keçə bilmir. Belə olmaz axı. Öz cibimizdən xərc çəkib buranı düzəltmişdik. İndi də bərpa etmirlər”,- digər sakin əlavə edib.

Məsələ ilə bağlı Masazır bələdiyyəsindən bildirilib ki, hazırda işlər davam etdirilir:

“2 ədəd briqada cəlb etmişik, işləyirlər. Dünən başlamışıq, bu gün ərzində işlər yekunlaşacaq”.

Vəziyyətlə əlaqədar Regional Su Meliorasiya Xidmətindən bildirildi ki, sözügedən ünvanda yaranmış vəziyyətlə bağlı Abşeron Su Meliorasiya Sistemləri tərəfindən əraziyə baxış keçirilib.

“Baxış zamanı müəyyən edilib ki, qeyd edilən ünvanda idarə tərəfindən su borularının yenilənməsi ilə bağlı hər hansı bir iş aparılmayıb. Həmin ərazidə müxtəlif vaxtlarda bir neçə dəfə su qəzası baş verib və qəzalar aradan qaldırılıb”, - deyə qurumdan əlavə edilib.

Daha ətraflı “Baku TV”nin süjetində:


Geri dön