Ana Sayfa > Ölkə > Bir tərəfdə əmək müqaviləsi, digər tərəfdə 10 saatlıq cəhənnəm!

Bir tərəfdə əmək müqaviləsi, digər tərəfdə 10 saatlıq cəhənnəm!


Bu gün, 20:19. Yazar: azer
Bir tərəfdə əmək müqaviləsi, digər tərəfdə 10 saatlıq cəhənnəm!

Son vaxtlar sosial şəbəkələrdə tanınmış market şəbəkələrində çalışan işçilərin əməkhaqqı və iş şəraiti ilə bağlı müxtəlif fikirlərə rast gəlirik. “Bravo”, “Araz”, “OBA”, “AL Market” kimi şəbəkələrin mağazalarına daxil olarkən yorğun, halsız və işə həvəssiz və ayda 400 manat civarında əməkhaqqı aldığı, gün ərzində isə 8 saatdan artıq işlədiyi iddia olunan paylaşımlar edirlər.

Amma məsələnin bir də başqa tərəfi var.

Bir dəfə 8-ci kilometr bazarına, xüsusilə də yayın qızmar günlərində baş çəkmək kifayətdir. Bazarda sıxlıq, ağır hava, köhnə dəmir konstruksiyalar və havalandırma sisteminin olmaması insanı bir neçə dəqiqəyə yorur. Bəs orada saatlarla işləyən satıcılar necə?
Səhər saat 9-dan axşam 7-yə qədər, təxminən 10 saat şəraitsiz yerdə ayaq üstə dayanan, günün istisində və havasız şəraitdə çalışan insanlar var. Bir çox hallarda gündəlik qazancın 12-15 manat civarında olduğu bildirilir. Üstəlik, rəsmi əmək müqaviləsi, sosial sığorta və digər əmək təminatları da yoxdur.

Qış aylarında isə vəziyyət tamamilə dəyişir: soyuq, külək, yağış!

Belə olan halda əmək bazarındakı problemlərə yalnız “marketlərdə maaş azdır” prizmasından yanaşmaq nə dərəcədə doğrudur?

Məsələn, bildiyim qədər, “Araz” marketlərində yeni işə başlayanlar üçün əməkhaqqı 500-550 manat civarından başlayır və müəyyən müddətdən sonra artım imkanları da mövcuddur. Bu məbləğin kifayət edib-etmədiyi, əlbəttə, ayrıca müzakirə edilə bilər.
Əslində, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” kimi market şəbəkələrində əməkhaqqı ilə yanaşı, karyera imkanlarına da diqqət yetirmək lazımdır.

Bu şirkətlərdə rəhbər vəzifələrdə çalışan bəzi şəxslərin əmək fəaliyyətinə adi satıcı və ya mağaza əməkdaşı kimi başladığı, zamanla təcrübə toplayaraq vəzifə pillələrində yüksəldiyi məlumdur. Yəni bu gün 550 manat civarında əməkhaqqı ilə işə başlayan gəncin sabah mağaza müdiri və ya daha yüksək vəzifədə çalışması real karyera imkanlarından biridir.

Təbii ki, 550 manatın bu günün yaşayış xərcləri fonunda kifayət edib-etməməsi ayrıca müzakirə mövzusudur. Lakin işə yalnız başlanğıc maaşı kimi baxmaq da düzgün olmaz. Burada əsas məsələlərdən biri odur ki, işçinin rəsmi əmək müqaviləsi, sosial təminatı, müəyyən olunmuş iş qrafiki və karyera yüksəlişi üçün imkanları var.

Əgər gənc bir insan əmək fəaliyyətinə satıcı kimi başlayır, özünü göstərir, təcrübə qazanır və bir neçə ildən sonra daha yüksək vəzifəyə, daha yaxşı əməkhaqqına yüksələ bilirsə, bu, əmək bazarında müsbət imkan kimi qiymətləndirilməlidir.

Ona görə də məsələni yalnız “550 manat maaş alır” deməklə yekunlaşdırmaq doğru deyil. Əsas sual budur: həmin işçinin qarşısında inkişaf və yüksəliş üçün yol varmı?

Əmək haqqı vacibdir. Amma rəsmi iş, sosial təminat, normal əmək şəraiti və karyera perspektivi də ən az maaş qədər önəmlidir. Lakin həmin işçinin ən azı rəsmi iş yeri, müəyyən edilmiş iş rejimi və əmək hüquqları var.

Bu gün minlərlə gənc üçün rəsmi əmək müqaviləsi ilə işləmək, bütün çatışmazlıqlarına baxmayaraq, işsiz qalmaqdan və qeyri-rəsmi, ağır şəraitdə çalışmaqdansa daha təhlükəsiz seçimdir.
Ona görə də məsələni yalnız maaş rəqəmi üzərindən qiymətləndirmək doğru deyil.

Əsas suallar bunlardır: Əmək müqaviləsi varmı? Sosial sığortası ödənilirmi? İş şəraiti təhlükəsizdirmi? Normadan artıq işin haqqı verilirmi? İşçinin istirahət və məzuniyyət hüquqları təmin olunurmu?

Əgər bir insan 550 manat maaş alırsa, amma rəsmi əmək müqaviləsi, sosial təminatı, müəyyən iş qrafiki və normal iş şəraiti varsa, bu, müzakirənin bir tərəfidir.

Digər tərəfdə isə eyni məbləğə yaxın qazanc üçün 10 saat istinin, havasızlığın, qışda soyuğun və yağışın altında çalışan, sosial təminatdan kənarda qalan insan dayanırsa, bunu da görməməzliyə vurmaq olmaz.

Deməli, söhbət təkcə “550 manat maaş azdır, ya çoxdur?” sualından getmir. Söhbət insan əməyinin dəyərindən və işçinin hansı şəraitdə çalışmasından gedir.
Çünki insanın əməyinə qiymət yalnız aldığı pulla deyil, ona yaradılan iş şəraiti və verilən əmək təminatları ilə də ölçülür.

Arzuman Loğmanoğlu
Geri dön