Ana Sayfa > Manşet / Özəl > Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib


Bu gün, 13:48. Yazar: azer
Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Novruzəli Aslanov 13 avqust 2026-cı il tarixində İsmayıllı rayonunda seçicilərlə görüşüb.

aia.az xəbər verir ki, bu dəfəki qəbul rayonun Keyvəndi kəndində baş tutub. Görüşdə yaxınlıqda yerləşən Şəbiyan kəndinin sakinləri də iştirak ediblər.

Qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə edilib. Kənd sakinlərini daha çox narahat edən məsələ qaz təchizatında mövcud olan bəzi problemlərlə bağlı olub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Keyvəndi və Şəbiyan kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Geri dön