Ana Sayfa > Özəl > Paşinyanın təklifinə “yox” dedi: Qriqoryan dövlət qulluğundan uzaqlaşır
Paşinyanın təklifinə “yox” dedi: Qriqoryan dövlət qulluğundan uzaqlaşırBu gün, 17:12. Yazar: vasif |
![]() Ermənistan Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryan Baş nazir Nikol Paşinyanın ona təklif etdiyi yeni vəzifədən imtina edib. Paşinyan hökumət brifinqində bildirib ki, Qriqoryana fəaliyyətini Baş nazirin aparatında davam etdirmək təklif olunub. Lakin sabiq katib bu təklifi qəbul etməyərək dövlət qulluğundakı karyerasına müəyyən müddət fasilə vermək qərarına gəlib. Ermənistanın baş naziri Qriqoryanın qərarına hörmətlə yanaşdığını bildirib və onun seçimini anlayışla qarşıladığını vurğulayıb. Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən ayrılmasından sonra həmin posta Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan gətirilib. Qriqoryanın hökumət daxilində başqa vəzifəyə keçmək əvəzinə dövlət qulluğundan uzaqlaşmaq qərarı Ermənistanın siyasi dairələrində onun gələcək fəaliyyətinin hansı istiqamətdə davam edəcəyi ilə bağlı maraq doğurub. Geri dön |