Ana Sayfa > Özəl > Trampın Türkiyədən uçuşunda son anda plan dəyişib: Gizli əməliyyatın detalları üzə çıxdı

Trampın Türkiyədən uçuşunda son anda plan dəyişib: Gizli əməliyyatın detalları üzə çıxdı


Bu gün, 20:13. Yazar: vasif
Trampın Türkiyədən uçuşunda son anda plan dəyişib: Gizli əməliyyatın detalları üzə çıxdı



ABŞ Prezidenti Donald Trampın Türkiyədən ayrılması zamanı təhlükəsizlik səbəbindən məxfi əməliyyat həyata keçirildiyi və ilkin uçuş planının son anda dəyişdirildiyi bildirilir.

Məlumata görə, Trampın nəzərdə tutulan uçuşundan təxminən 4-5 saat əvvəl ABŞ təhlükəsizlik strukturları prezidentin gizli şəkildə başqa təyyarəyə keçirilməsi barədə qərar qəbul ediblər. Əməliyyat barədə yalnız məhdud sayda yüksək vəzifəli şəxsin məlumatlandırıldığı qeyd olunur.

Belə bir qərarın verilməsinə ABŞ xüsusi xidmət orqanlarının Türkiyə ərazisində İranla əlaqəli olduğu iddia edilən qrupun fəaliyyəti barədə əldə etdiyi kəşfiyyat məlumatlarının səbəb olduğu bildirilir. İddiaya əsasən, həmin şəxslərin çiyindən buraxılan raket sisteminə malik ola biləcəyi barədə məlumat daxil olub. Eyni zamanda İran tərəfinin Trampın Ankaradakı hərəkət marşrutu barədə məlumatlı olduğu ehtimal edilib.

Mümkün təhlükəni minimuma endirmək üçün ABŞ Prezidentinin səfər planında məxfi dəyişiklik həyata keçirilib. ABŞ müdafiə naziri Pit Heqset Trampın Türkiyədən ayrıldığı alternativ təyyarədə yer alıb.

Əməliyyatın diqqətdən yayınması üçün dövlət katibi Marko Rubio və maliyyə naziri Skot Besant isə prezidentin rəsmi təyyarəsi “Air Force One”da qalıblar. Bununla təhlükəsizlik planının dəyişdirildiyinin mümkün qədər gizli saxlanılmasına çalışıldığı bildirilir.

Açıqlanan detallar Trampın Türkiyədən ayrılması zamanı mümkün təhlükəyə qarşı yüksək səviyyəli və məxfi təhlükəsizlik tədbirlərinin görüldüyünü göstərir.

Geri dön