Ana Sayfa > Özəl > Avstraliyada hərbi bazada dron həyəcanı: F-35-lərin yerləşdiyi əraziyə naməlum PUA-lar daxil olub

Avstraliyada hərbi bazada dron həyəcanı: F-35-lərin yerləşdiyi əraziyə naməlum PUA-lar daxil olub


Bu gün, 20:00. Yazar: vasif
Avstraliyada hərbi bazada dron həyəcanı: F-35-lərin yerləşdiyi əraziyə naməlum PUA-lar daxil olub




Avstraliyada strateji əhəmiyyət daşıyan hərbi hava bazasının üzərində naməlum pilotsuz uçuş aparatlarının görünməsi təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.

Məlumata görə, sözügedən bazada F-35A qırıcıları ilə yanaşı, hava məkanına nəzarət və erkən xəbərdarlıq imkanlarına malik E-7A “Wedgetail” təyyarələri də yerləşdirilib. Buna görə naməlum dronların uçuşu qadağan edilən ərazidə peyda olması xüsusi diqqət doğurub.

PUA-ların məhv edilmədiyi bildirilir. Hadisədən dərhal sonra baza rəhbərliyi mümkün məlumat sızmasının qarşısını almaq məqsədilə şəxsi heyətə binalardakı pəncərə jalüzlərinin bağlanması barədə göstəriş verib.

Hazırda dronların kim tərəfindən idarə edildiyi və hərbi obyektin üzərində hansı məqsədlə uçuş həyata keçirdiyi məlum deyil. Hadisənin müşahidə və məlumat toplamaq məqsədi daşıyıb-daşımadığı da araşdırılır.

Yerli hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmaya başlayıb. Naməlum PUA-ların mənşəyinin və onları idarə edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Geri dön