Ana Sayfa > Özəl > Əraqçidən Vaşinqtona sərt xəbərdarlıq: “Saxta kəşfiyyat daha böyük səhvlərə yol açır”
Əraqçidən Vaşinqtona sərt xəbərdarlıq: “Saxta kəşfiyyat daha böyük səhvlərə yol açır”Bu gün, 19:15. Yazar: vasif |
![]() İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ kəşfiyyatının fəaliyyətini sərt şəkildə tənqid edərək Vaşinqtonun yanlış məlumatlar əsasında ciddi strateji səhvlərə yol verdiyini bildirib. Əraqçi sosial şəbəkədə yaydığı açıqlamada ABŞ-ın kəşfiyyat sahəsindəki uğursuzluqlarının uzun müddətdir ölkənin xarici siyasət qərarlarına mənfi təsir göstərdiyini iddia edib. İranlı nazir bu vəziyyətin regionda gərginliyin daha da artmasına səbəb ola biləcəyinə diqqət çəkib. Diplomat İrana qarşı müharibə siyasətini belə səhvlərin nümunəsi kimi göstərərək, hazırda Hörmüz boğazı ətrafında formalaşan vəziyyətlə bağlı Vaşinqtonun daha ciddi yanlışlığa yol verdiyini irəli sürüb. Əraqçi ABŞ rəhbərliyinə müraciətində saxta və yanlış kəşfiyyat məlumatlarının siyasi qərarlara təsirinin təhlükəli nəticələr doğura biləcəyini vurğulayıb. O, “Saxta xəbərlərdən də pis olan tək şey saxta kəşfiyyatdır. Ehtiyatlı olun”, – deyə xəbərdarlıq edib. Bu açıqlama İranla ABŞ arasında münasibətlərin gərgin olaraq qaldığı və Hörmüz boğazının regional təhlükəsizlik baxımından yenidən diqqət mərkəzinə gəldiyi bir vaxtda səsləndirilib. Geri dön |