Ana Sayfa > Gündəm / Manşet / Karusel > "Qaçqınkom" vəzifəlisinin 10 milyonluq mülkləri

"Qaçqınkom" vəzifəlisinin 10 milyonluq mülkləri


8-10-2015, 13:35. Yazar: admin
"Qaçqınkom" vəzifəlisinin 10 milyonluq mülkləri


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qohum-əqrəbasını başına toplayaraq qurumu az qala dədə-babasının malı kimi “özəlləşdirib”
Aia.az Qafqaznews.az-a istinadən xəbər verir ki, Ə.Həsənovun yaxın qohumları - komitə sədrinin müavini Gəray Fərhadov, Komitənin departament direktoru Elman İsmayılov, Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyev, Sosial Təminat və Humanitar Yardım Şöbəsinin sektor müdiri Elman Quliyev və digərləri qaçqınların hesabına milyonlara sahib olub.
Bugünkü yazıda Əli Həsənovun komitədəki qohumlarından biri olan, Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin qanunsuz əməllərindən, daha doğrusu qanunsuz yolla sahib olduğu mülklərdən hələki qısaca bəhs edəcəyik. Məlumat üçün bildirək ki, apardığımız araşdırmalar nəticəsəində Pənah Əliyevin dəyəri 10 milyonlarla ölçülən mülklərinin geniş siyahısını və fotolarını əldə eləmişik.

Görəsən, Pənah Əliyev dövlətdən aldığı maaşla 9- cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən restoranı, klinikanı və qızına aldığı bahalı evi hansı yolla əldə edib?
Geri dön