Ana Sayfa > Dünya > Ermənistan Azərbaycana məhsul ixracına başlayır - Paşinyan AÇIQLADI
Ermənistan Azərbaycana məhsul ixracına başlayır - Paşinyan AÇIQLADIBu gün, 13:39. Yazar: vasif |
![]() Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla, o cümlədən elektrik enerjisinin idxalı və ixracı xətti üzrə tərəfdaşlıq edə biləcəyini bəyan edib. aia.az xəbər verir ki, baş nazir keçirdiyi brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin daha əvvəl haqqında danışdığı azərbaycanlı mütəxəssislərin Ermənistana səfərlərini təsdiqləyib. "Biz əvvəllər də demişdik ki, elektrik ötürücü xətləri, boru kəmərləri, kabellər, dəmir yolları üzərində işləyirik və bu məsələlər üzrə ikitərəfli iş aparılır", - Paşinyan qeyd edib. Bu səfərlər 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında baş tutub. Müzakirələr elektrik verilişi xətləri, dəmir yolu, boru kəmərləri və digər infrastrukturlarla bağlı olub. Paşinyan həmçinin bəyan edib ki, yaxın vaxtlarda Ermənistan Azərbaycana ixrac tədarükünə başlayacaq. Geri dön |