Ana Sayfa > Ölkə > Bakı metrosu bu gün iş rejimini dəyişdirəcək

Bakı metrosu bu gün iş rejimini dəyişdirəcək


Bu gün, 12:43. Yazar: vasif
Bakı metrosu bu gün iş rejimini dəyişdirəcək


Bu gün “Qarabağ”ın UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab görüşündə Kiyev “Dinamo”suna qarşı keçiriləcək oyunu ilə əlaqədar “Bakı metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək.

“aia.az” xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.
Geri dön