Ana Sayfa > Cəmiyyət > Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı


3-04-2017, 15:42. Yazar: admin
Bakıda mənzildən meyit tapıldı



Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AİA.Az APA-ya istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. 1964-cü il təvəllüdlü Hümbətov Bəhmən İsmayıl oğlunun cəsədini aşkarlayaraq, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:42-də başa çatıb.

AİA.az
Geri dön