Ana Sayfa > Ölkə > Bakıda sərnişin avtobusu yandı - Video-Yenilənib
Bakıda sərnişin avtobusu yandı - Video-YenilənibDünən, 22:21. Yazar: vasif |
![]() “28 May” metrostansiyasının yaxınlığında sərnişin avtobusu yanır. “aia.az” xəbər verir ki, bu barədə tanınmış bloqer Saleh Nəsirov məlumat paylaşıb. Görüntüləri təqdim edirik: *** Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb. Bilavasitə yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Geri dön |