Ana Sayfa > Ölkə > Bakıya uçan təyyarə Rusiyada məcburi eniş etdi
Bakıya uçan təyyarə Rusiyada məcburi eniş etdiDünən, 22:20. Yazar: vasif |
![]() Tümendən Bakıya uçan “UTair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Rusiyanın Ufa şəhərində məcburi eniş edib. “aia.az” xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb. Bildirilib ki, təyyarə avqustun 12-də yerli vaxtla saat 21:15-də (Bakı vaxtı ilə 20:15) “Ufa” Beynəlxalq Hava Limanına enib. Məlumata görə, təyyarə normal şəkildə eniş edib. Hazırda hadisə ilə bağlı yoxlama aparılır. Qeyd edək ki, bundan əvvəl Batumidən Permə uçan “Red Wings Airlines” şirkətinə məxsus təyyarə də texniki nasazlıq səbəbindən Yekaterinburqun “Koltsovo” hava limanına məcburi eniş etmişdi. Geri dön |