Ana Sayfa > Özəl > İndoneziyada sərnişin bərəsi alova büründü – 200-dən çox xilasedici səfərbər edildi
İndoneziyada sərnişin bərəsi alova büründü – 200-dən çox xilasedici səfərbər edildiBu gün, 18:43. Yazar: vasif |
![]() İndoneziyada Bali adasından Lomboka hərəkət edən “KM Putri Yasmin” sərnişin bərəsində güclü yanğın baş verib. Hadisə avqustun 12-də səhər saatlarında qeydə alınıb. Bərə Bali adasındakı Padangbay limanından çıxaraq Lombokdakı Lembar limanına istiqamət alıb. Səfər zamanı gəmidə yanğın başlayıb və dərhal fövqəladə vəziyyət elan edilib. Məlumata əsasən, hadisə zamanı bərənin göyərtəsində 114 sərnişin və 17 ekipaj üzvü olmaqla ümumilikdə 131 nəfər olub. Yanğından sonra genişmiqyaslı xilasetmə əməliyyatına başlanılıb. Əməliyyata 200-dən çox fövqəladə hallar və xilasetmə əməkdaşı cəlb edilib. Sərnişinlərin təhlükəli ərazidən çıxarılması üçün təxliyə tədbirləri həyata keçirilib. Yerli medianın yaydığı məlumata görə, gəmidə olan sərnişinlərin hamısı təhlükəsiz vəziyyətdədir. Hadisə nəticəsində ciddi xəsarət alanların olmadığı bildirilir. Yanğının hansı səbəbdən başladığı hələlik açıqlanmayıb. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Geri dön |