Ana Sayfa > Gündəm / Manşet / Karusel > Şəkidə təhsil şöbəsi “yoxlama” pulu yığır - FAKTLAR
Şəkidə təhsil şöbəsi “yoxlama” pulu yığır - FAKTLAR8-10-2015, 13:33. Yazar: admin |
Hesablama Palatası Şəki şəhər Təhsil Şöbəsində iki aydır maliyyə yoxlaması aparır. Aşkar olunan nöqsanları aradan qaldırmaq üçün hər məktəbdən 1500-3000 manat yığılmağa başlanıb. Bu barədə Şəkidən məlumat verilib. Sakinlərin sözlərinə görə, maaşlar verilən kimi hər müəllimdən 30-50 manat, texniki işçilərdən 20-30 manat yığılması üçün ictimai fikir formalaşdırılıb. Təhsil Şöbəsinin rəhbərliyi bu pulun Hesablama Palatasının rayona ezam olunan yoxlama briqadasını yola salmaq məqsədilə yığıldığını iddia edir. Mənbə qeyd edir ki, Hesablama Palatasının yoxlaması zamanı Təhsil Şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsi ilə bağlı ciddi nöqsanlar ortaya çıxıb. Məktəb direktorlarından pul istənilməsinin digər səbəbi Təhsil Şöbəsinin müdirinin yoxlamadan sui-istifadəsi kimi də qiymətləndirilir. “Şəki məktəblərində hər ay nədənsə ötrü pul yığılır - qəzet pulu, odun pulu, təmir pulu, indi də maliyyə pulu. Belə də iş olar? Bu soyğunçuluq nə vaxt qurtaracaq? Nə vaxt mən aldığım maaşın hamısını evimə aparacam? Hələ deyirlər yoxlama 1 ay da buralardadır, maliyyə pozuntusu axtarırlar,”-deyə müəllimlərdən biri yazıb. Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə uyğun olaraq Şəki şəhər Təhsil Şöbəsinin müdir müavini Oqtay Əhçədova töhmət verilib. Şəki şəhər Təhsil Şöbəsinin keçmiş müdiri Firədin İbrahimov vəzifəsindən azad edilib. Audit nəticəsində aşkar edilən nöqsanlar Şəki şəhər Təhsil Şöbəsinin yei təyin olunan müdiri Südabər İsmayılovanın nəzərinə çatdırılıb. Auditlə əhatə olunan dövrdə Təhsil Şöbəsi tərəfindən kotirovka sorğusunda iştirak edən müəssisə və təşkilatların ixtisas uyğunluğu, son bir illik maliyyə hesabatları, habelə qiymətlərin əsaslılığı haqqında məlumatlar alınmayıb, satınalma müqavilələrində və ya tenderin xüsusi şərtlərində sifarişçi və icraçı üzrə öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə cərimə sanksiyaları nəzərdə tutulsa da, bağlanan satınalma müqavilələrində icra müddəti göstərilməyib. Təhsil Şöbəsi tərəfindən 1800 manat dəyərində 4000 litr dizel yanacağı mədaxil edilməyibvə dəyəri debitor borcunda saxlanılıb, məktəbəqədər uşaq müəssisələrinə 11072 manat dəyərində inventarların verilməsi təmin edilməyib. 2007-2009-cu illərdə müxtəlif fiziki və hüquqi şəxslərdən alınan 5954 manat dəyərində ehtiyat hissələri müxtəlif aktlarla təchizat kontorunda yararsız vəziyyətdə olan avtonəqliyyat vasitəsinə, habelə məktəbəqədər uşaq müəssisələrində 201 manat dəyərində ərzaq məhsulu alındığı tarixlərdən əvvəlki müddətində silinib. Nazirlər Kabinetinin 9 mart 1994-cü il 103 saylı qərarı ilə təsdiq edilən “Uşaq bağçalarında, uşaq evlərində və məktəbəqədər uşaq sanatoriyalarında uşaqlar üçün qida normaları”na əməl edilmyib və nəticədə 517,8 manat dəyərində ərzaq silgisinə yoil verilib, 348,2 manat dəyərində ərzaq çatışmazlığı aşkar edilib. Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin qərarının tələblərinə düzgün əməl edilməyib və nəticədə 644 manat artıq ezamiyyə xərci ödənilib, bir neçə orta məktəbdə istifadə edilən qazanxanalar balansa alınmadan istismar olunub və hesabat dövründə 24599,4 manat dəyərində dizel yanacağı istifadə edilib, 3264,5 manat debitor və 276826,7 manat kreditor borcların ləğv edilməsi üçün zəruri tədbirlər görülməyib. Geri dön |