Ana Sayfa > Ölkə > Bakıda narkoşəbəkə ifşa edildi - Video
Bakıda narkoşəbəkə ifşa edildi - VideoBu gün, 09:30. Yazar: vasif |
![]() DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi 46 kq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. DİN-dən “aia.az”a bildirilib ki, Qaradağ və Suraxanı rayonlarında keçirilən tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətinə görə məhkum olunan Ceyhun Heydərov, Məhərrəm İbrahimov və Elvin Əsgərov saxlanılıblar. Onlardan ümumilikdə 46 kiloqram narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Geri dön |