Ana Sayfa > Gündəm > “Seçkilərdə saxtakarlığın şahidi olduq” - Ermənistanın sabiq baş naziri
“Seçkilərdə saxtakarlığın şahidi olduq” - Ermənistanın sabiq baş naziri3-04-2017, 13:59. Yazar: admin |
Biz hakimiyyətə gəlmək və Ermənistandakı mövcud vəziyyəti dəyişmək istəyirik.AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bildirib. “Ermənistanın normal, demokratik ölkə olması, insanların özlərini insan kimi hiss etmələri üçün biz bu oliqarxiya idarəçiliyindən qurtulmalıyıq”, - deyə Baqratyan qeyd edib. Sabiq baş nazir seçkilərin nəticələrinin obyektiv olacağına inanmadığını bildirib: “Səsvermənin başladığı erkən saatlardan məntəqələrdə qanun pozuntuları ilə bağlı məlumatlar daxil edilib”. Seçki məntəqələrində kütləvi saxtakarlıqların şahidi olduqlarını vurğulayan Qrant Baqratyan insanların kütləvi şəkildə mikroavtobuslarla seçki məntəqələrinə daşındığını qeyd edib: “ Bununla bağlı əllərində olan videogörüntüləri yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəklərini söyləyib”. AİA.az Geri dön |