Ana Sayfa > Ölkə > İşlədiyi evdən 10 min oğurlayan usta tutuldu
İşlədiyi evdən 10 min oğurlayan usta tutulduBu gün, 16:28. Yazar: vasif |
![]() Paytaxtın Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. “aia.az” xəbər verir ki, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib. Araşdırmalar davam etdirilir. Geri dön |