Ana Sayfa > Dünya > Moskva və Kiyevə hücum: Çoxsaylı ölü, yaralı, yanğın və dağıntı
Moskva və Kiyevə hücum: Çoxsaylı ölü, yaralı, yanğın və dağıntıBu gün, 13:58. Yazar: vasif |
![]() Rusiya Silahlı Qüvvələrinin Zaporojyeyə genişmiqyaslı hücumu nəticəsində ciddi yanğınlara, çoxsaylı ölüm və yaralanmaya səbəb olub. aia.az xəbər verir ki, yerli rəsmilərin verdiyi məlumata görə, Zaporojye Rusiya raketləri və hava bombaları ilə vurulub. Sənaye obyektlərinə və infrastruktura, qaraj kooperativinə, qeyri-yaşayış binalarına hücum nəticəsində ciddi dağıntılara yol açıb, yanğınlar baş verib və elektrik enerjisi kəsilib. Hücum nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Hücumun miqyası geniş olduğundan ölən və yaralıların sayı artmaqdadır. Rusiya Silahlı Qüvvələri eyni zamanda gecə saatlarında paytaxt Kiyevi də hədəf alıb. Nəticədə paytaxtın Şevçenkivski rayonunda anbarda yanğın baş verib və bir nəfər xəsarət alıb. Ukrayna Silahlı Qüvvələri də öz növbəsində Rusiyaya qarşı genişmiqyaslı PUA hücumu həyata keçiib. Moskva meri Sergey Sobyaninin verdiyi məlumata görə, 10 avqust Moskva vaxtı ilə saat 20:30 ilə 11 avqust səhər 8:30 arasında Moskva bölgəsinə doğru 237 PUA hücum edib. O əlavə edib ki, dronların əksəriyyəti şəhər kənarında hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Mer Moskvaya yaxınlaşarkən 13 dronun məhv edildiyini dəqiqləşdirib. Xəsarət alanlar və ya ziyan barədə məlumat yoxdur. Voronej vilayətinə PUA hücumu nəticəsində Wildberries şirkətinə məxsus iki anbarda yanğın baş verib, 49 yaşlı bir nəfər ölüb, iki nəfər yaralanıb. Voronej vilayətinin qubernatoru Aleksandr Qusevin verdiyi xəbərə görə, 15 PUA zərərsizləşdirilib. Voronej yaxınlığındakı Wildberries şirkətinə məxsus anbarda baş verən yanğının miqyası təxminən dörd dəfə artıb. Ukrayna PUA-ları sərhəddən təxminən 1000 kilometr məsafədə yerləşən Orenburq vilayətinin Orsk şəhərinə zərbə endirib və nəticədə yanğın baş verib. İtkilər barədə məlumat verlilmir. Müdafiə Nazirliyi 11 avqust gecəsi Rusiya bölgələri üzərində 396 Ukrayna dronu vurulduğunu bildirib. Geri dön |