Ana Sayfa > Özəl > İran ABŞ-yə 13 milyard dollarlıq zərbə vurdu – 20 hərbi obyekt, 42 hava aparatı...
İran ABŞ-yə 13 milyard dollarlıq zərbə vurdu – 20 hərbi obyekt, 42 hava aparatı...Bu gün, 19:45. Yazar: vasif |
![]() İranın cavab hücumları nəticəsində ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə və texnikasına dəymiş ümumi zərərin 13 milyard dolları keçdiyi bildirilir. “The Wall Street Journal” (WSJ) nəşri öz hesablamalarına əsasən, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumların ABŞ-nin regiondakı hərbi infrastrukturuna ciddi ziyan vurduğunu yazıb. Nəşrin məlumatına görə, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Tehran Yaxın Şərqdə yerləşən müxtəlif hədəflərə raket və PUA-larla 2 mindən çox zərbə endirib. Hesablamalara əsasən, hücumların təsir dairəsi kifayət qədər geniş olub. Səkkiz ölkənin ərazisində ABŞ ilə əlaqəli ən azı 20 hərbi obyektin müxtəlif dərəcədə zərər gördüyü bildirilir. WSJ yazır ki, İranın hücumları yalnız hərbi bazalar və infrastrukturla məhdudlaşmayıb. ABŞ-yə məxsus bahalı hərbi hava vasitələrinin də vurulduğu və ya zədələndiyi qeyd olunur. Məlumata görə, İran Silahlı Qüvvələrinin hücumları nəticəsində ABŞ-yə məxsus 42-yə yaxın uçuş aparatı zədələnib və ya tamamilə sıradan çıxarılıb. Onların böyük hissəsinin iri kəşfiyyat və hücum pilotsuz uçuş aparatları olduğu bildirilir. Nəşr vurulan və ya zədələnən hava vasitələri arasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin də olduğunu yazır. WSJ-nin hesablamaları doğru olarsa, 13 milyard dolları ötən zərər İranın cavab hücumlarının ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğuna vurduğu ziyanın miqyasını göstərən ən böyük rəqəmlərdən biridir. Bununla yanaşı, sözügedən rəqəmlərin ABŞ Müdafiə Nazirliyinin yekun və rəsmi zərər hesabatı deyil, WSJ-nin hesablaması olduğu nəzərə alınmalıdır. Hərbi qarşıdurma davam etdikcə zərərin yekun məbləğinin dəyişməsi mümkündür. Geri dön |